Bələdçi · Azərbaycan
Azərbaycanda hakatonlar 2026: necə iştirak etmək olar
Azərbaycanda 2026-cı ilin ən böyük hakatonu NASA Space Apps Challenge-dir: 14–15 Noyabr 2026 tarixlərində Gəncədə keçirilir, iştirak pulsuzdur, həm əyani, həm onlayn qoşulmaq olar, komanda 1–6 nəfər olur və proqramlaşdırma bilmək şərt deyil. Qeydiyyat 26 Avqust 2026-da rəsmi NASA platformasında açılır.
Son yenilənmə:
Qısa faktlar
- Tədbir
- NASA Space Apps Challenge 2026
- Şəhər
- Gəncə
- Tarix
- 14–15 Noyabr 2026
- Müddət
- 48 saat
- Qeydiyyatın açılışı
- 26 Avqust 2026, 09:00 (AZT)
- İştirak haqqı
- Pulsuz
- Komanda ölçüsü
- 1–6 nəfər
- Format
- Əyani və onlayn
- Tədbirin dili
- Azərbaycan dili
- Proqramlaşdırma tələbi
- Yoxdur
Ən çox verilən suallar
Azərbaycanda 2026-cı ildə hansı hakaton keçirilir?
NASA Space Apps Challenge 14–15 Noyabr 2026 tarixlərində Azərbaycanda Gəncə şəhərində keçirilir. Bu, dünyanın ən böyük hakatonudur və eyni həftəsonu yüzlərlə şəhərdə paralel gedir. Gəncə məkanı NASA tərəfindən rəsmi Local Event kimi tanınır.
Hakaton nədir?
Hakaton — iştirakçıların komandalara bölünüb məhdud vaxt ərzində konkret problemə işlək həll qurduğu yarışdır. Space Apps-da bu müddət 48 saatdır, problemləri isə NASA və tərəfdaş kosmik agentlikləri yazır. Nəticə tətbiq, məlumat modeli, vizuallaşdırma, aparat prototipi və ya hekayə ola bilər.
İştirak pulludur?
Xeyr. NASA Space Apps Challenge iştirakçılar üçün pulsuzdur. Nə qeydiyyat, nə də iştirak haqqı yoxdur.
Proqramlaşdırma bilmirəm, iştirak edə bilərəmmi?
Bəli. Komandalara dizaynerlər, elm adamları, yazarlar, təqdimatçılar və layihəni izah edə bilən insanlar lazımdır. Proqramlaşdırma bilmək şərt deyil — ən güclü layihələr çox vaxt qarışıq komandalardan çıxır.
Neçə yaşdan iştirak etmək olar?
Yaş məhdudiyyətini NASA rəsmi iştirakçı şərtlərində müəyyən edir. Praktikada iştirakçıların böyük hissəsi tələbələr və gənc mütəxəssislərdir; məktəblilər də iştirak edir. Yetkinlik yaşına çatmayanlar üçün əlavə şərtlər ola bilər — rəsmi şərtlər əsas mənbədir.
Komandada neçə nəfər olur, komandam yoxdursa nə etməliyəm?
Komanda 1 nəfərdən 6 nəfərə qədər ola bilər. Tək iştirak etmək mümkündür, 6 nəfərdən çox isə olmaz. Komandanız yoxdursa, tək qeydiyyatdan keçin — tədbirin ilk günü səhər komanda formalaşması sessiyası keçirilir və yerli komanda tək gələnlərə komanda tapmağa kömək edir.
Qeydiyyat nə vaxt açılır və harada?
Qeydiyyat 26 Avqust 2026, saat 09:00-da (Azərbaycan vaxtı) rəsmi NASA Space Apps platformasında açılır. Gəncə Local Event səhifəsindən qeydiyyatdan keçirsiniz.
Özümlə nə gətirməliyəm?
Noutbuk, adapter və uzadıcı, qeydiyyat üçün şəxsiyyət vəsiqəsi, qulaqlıq və layihənizə aid nə lazımdırsa. Aparat layihəsi qurursunuzsa, öz avadanlığınızı gətirin. Hər məkan üzrə detallı loqistika tədbirdən əvvəl elan olunur.
Qalibləri necə müəyyən edirlər?
Layihələr əvvəlcə yerli münsiflər tərəfindən NASA-nın dərc etdiyi meyarlar üzrə qiymətləndirilir. Yerli qaliblər sonra qlobal mərhələyə namizəd göstərilir. 2026 üzrə rəsmi qiymətləndirmə detalları NASA tərəfindən elan olunacaq.
Hakatona necə hazırlaşmaq olar?
Üç şey kifayətdir: bir alətdə rahat işləyin (kod, dizayn və ya məlumat təhlili), açıq məlumatla işləməyi qabaqcadan yoxlayın (məsələn NASA Earthdata), və təqdimat hazırlamağı məşq edin. Layihənin taleyini çox vaxt son 5 dəqiqəlik izah həll edir, kodun həcmi yox.
Kimlər üçün nəzərdə tutulub
Gəncə Local Event tələbələr, gənc mühəndislər, dizaynerlər və ilk dəfə hakatona gələnlər üçün qurulub. Çağırışlar, məlumat toplusu və son tarix dünyanın bütün Space Apps məkanları ilə eynidir. Azərbaycanın istənilən şəhərindən gəlib iştirak edə bilərsiniz, əyani gələ bilməyənlər üçün isə onlayn qoşulma imkanı var.
Gəncə
14–15 Noyabr 2026 · Əyani və onlayn · Məkan elan olunacaq
Ətraflı
Rəsmi mənbələr
- spaceappschallenge.org — NASA-nın rəsmi saytı, qaydalar və çağırışlar
- Gəncə Local Event — qeydiyyat
Bu səhifə Azərbaycan yerli təşkilat komandası tərəfindən hazırlanıb və tədbir yaxınlaşdıqca yenilənir. Sual üçün: sadixovsalman987@gmail.com